Pirelli çempionatda inhisarçı kimi qalmaq istəyir

F-1.az xatırladır ki, Pirelli-nin Formula1 ilə olan müqaviləsi 2019-cu ilin sonunda başa çatacaq.

Şirkətin avtoidman bölməsinin başçısı Mario İzola hesab edir ki, FİA təkər istehsalçılarının rəqabətini istəməyəcək, buna görə də növbəti müqavilədən sonra da çempionatda inhisarçı kimi qalacaqlar.

Mario İzola: “Çox güman ki, FİA bu il Formula1-də 2020-ci ildə təkər təchizatçısı olmaq istəyən şirkətlər arasında tender elan edəcək. Bu, adətən qüvvədə olan müqavilənin sonuna bir il qalmış edilir. Biz danışıqlar aparacağıq. Bizim qərarımız olmasa da, əminəm ki, FİA və Formula1 rəhbərliyi bir təchizatçı ilə davam etmək istəyir.

Biz Formula1-də qalmaq istəyirik. Çünki bura yaxşı marketinq platformasıdır. Çempionat daim inkişaf edir və yeni ideyalar meydana çıxır – biz bu böyük ailənin bir üzvü və Formula1-in texniki tərəfdaşı olmağa şadıq”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*