11 Dekabr 2017, Bazar ertəsi - 09:54

Pirelli çempionata yeni təkər tərkibi gətirəcək?

Pirelli çempionata yeni təkər tərkibi gətirəcək?

Müəllif: Elçin Zodorov, redaktor

10:12 - 04 Avqust, 2017

F-1.az xəbər verir ki, Pirelli 2018-ci ildə təkər sırasını genişləndirə bilər, lakin bununla bağlı yekun qərar yalnız ilin sonunda qəbul olunacaq.

Mario İzola: “Təkər testlərinin nəticələrindən asılı olaraq, biz yeni tərkib barədə qərar verəcəyik. Hazırda 5 tərkib var və fikrimizcə, biz bu sayı 6-ya çatdıra bilərik. Biz tərkiblər barədə fikirlərimizi FİA-ya bildirəndə, adətən, müsbət cavab alırıq. Çünki onların imtina etmələrinin bir mənası yoxdur. Noyabrın sonuna qədər bu barədə qəti qərar qəbul etməliyik”.

Qeyd edək ki, italyan şirkət çempionat üçün 5 növ slik – Hard, Medium, Soft, SuperSoft və UltraSoft tərkibləri hazırlayır. Bunlardan əlavə, nəm tras üçün yağış və keçid təkərləri də nəzərdə tutulub…


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 4. 090
Teqlər , ,
Paylaş

logo