11 Dekabr 2017, Bazar ertəsi - 13:22

Pirelli Britaniya Qran Prisi üçün təkər seçimini elan edib

Pirelli Britaniya Qran Prisi üçün təkər seçimini elan edib

Müəllif: Elçin Zodorov, redaktor

10:08 - 19 May, 2017

Çempionatın yeganə təkər təchizatçısı olan Pirelli şirkəti mövsümün ilk doqquz Qran Prisinə gətirəcəyi təkər tərkiblərini açıqlamışdı. Növbə Britaniyada baş tutacaq mövsümün 10-cu yarışı üçün təkər seçimi elan etməyə çatıb.

F-1.az xatırladır ki, Pirelli İspaniyaya bu il ilk dəfə Hard təkərləri gətirmişdi. Təchizatçı Silverstoundakı yarışa da ən sərt tərkibi aparmağı planlaşdırırdı, lakin sürücülərin kəskin tənqidlərindən sonra öz qərarını yenidən nəzərdən keçirib.

İtalyan şirkətin mətbuat xidmətindən bildirilib ki, Silverstounda komandalara Medium, Soft və SuperSoft tərkiblər veriləcək. Medium və Soft tərkiblər məcburi elan olunub. Qeyd edək ki, keçən il Britaniya Qran Prisinə Hard, Medium və Soft tərkiblər gətirilmişdi…

Mərhələ / TərkiblərUltraSoftSuperSoftSoftMediumHard
Markalanma rəngiBənövşəyiQırmızıSarıNarıncı
Avstraliya Qran Prisi UltraSoftSuperSoftSoft
Çin Qran PrisiSuperSoftSoftMedium
Bəhreyn Qran PrisiSuperSoftSoftMedium
Rusiya Qran PrisiUltraSoftSuperSoftSoft
İspaniya Qran PrisiSoftMediumHard
Monako Qran PrisiUltraSoftSuperSoftSoft
Kanada Qran PrisiUltraSoftSuperSoftSoft
Azərbaycan Qran PrisiSuperSoftSoftMedium
Avstriya Qran PrisiUltraSoftSuperSoftSoft
Britaniya Qran PrisiSuperSoftSoftMedium

Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 6. 902
Teqlər , , , , , , ,
Paylaş

logo