21 Oktyabr 2018, Bazar - 17:24

Pirelli Britaniya Qran Prisi üçün sürücülərin təkər seçimini bəyan edib

Pirelli Britaniya Qran Prisi üçün sürücülərin təkər seçimini bəyan edib

Müəllif: Elçin Zodorov, redaktor

12:05 - 26 İyun, 2018

Reqlamentə əsasən, Pirelli səfər yarışlarına 14 həftə, Avropa yarışlarına isə 8 həftə qalmış təkər seçimini elan etməlidir. Bundan sonra komandalar yarış həftəsonu ərzində istifadə edəcəkləri tərkiblərin dəst sayını müəyyən edirlər və seçimlərini FİA-ya bildirirlər, federasiya isə Pirelli-dən məhz bu sayda təkər istehsal etməyi və yarışa gətirməyi tələb edir.

Komandaların seçimi məxfi saxlanılır və yarışa 2 həftə qalmış mətbuata bildirilir. Ona görə də Pirelli bu gün Britaniya Qran Prisinə hər bir sürücünün etdiyi seçimi açıqlayıb.

F-1.az xatırladır ki, italyanlar bu ilk dəfə olaraq Silverstouna Hard, Medium və Soft üçlüyünü gətirəcəklərini bildirmişdilər. Üstünlük həmişə olduğu kimi, yenə həftəsonunun ən yumşaq tərkibinə verilib. Renault və Toro Rosso sürücüləri Soft təkərlərdən hətta 10 dəst sifariş edblər.

SürücüKomandaHardMediumSoft
Lyuis HəmiltonMercedes AMG148
Valtteri BottasMercedes AMG238
Sebastyen FettelFerrari148
Kimi RəykkönenFerrari148
Daniel RikkardoRed Bull238
Maks FerstappenRed Bull247
Serxio PeresForce İndia139
Esteban OkonForce İndia139
Ləns StrollWilliams139
Sergey SirotkinWilliams229
Karlos SaynsRenault1210
Niko HülkenberqRenault2110
Pyer QasliToro Rosso1210
Brendon HartliToro Rosso1210
Roman QrojanHaas139
Kevin MaqnussenHaas139
Fernando AlonsoMcLaren148
Stoffel VandornMcLaren148
Markus ErikssonSauber139
Şarl LeklerSauber139

Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 158
Teqlər , , , , ,
Paylaş

logo