Pirelli Belçika və Yaponiya Qran Priləri üçün təkər seçimini elan edib

Çempionatın yeganə təkər təchizatçısı olan Pirelli şirkəti mövsümün 13 Qran Prisinə gətirəcəyi təkər tərkiblərini açıqlamışdı. Bu gün isə Belçika və Yaponiyada baş tutacaq yarışlar üçün təkər seçimi elan edilib. İtaliyaya gətiriləcək tərkiblər daha sonra açıqlanacaq.

F-1.az xəbər verir ki, italyanlar əfsanəvi Spa trasına ən yumşaq üçlüyü – UltraSoft, SuperSoft və Soft tərkiblərini gətirəcəklər. Son iki tərkib yarış üçün məcburi elan edilib, yəni onların hər birindən ən azı bir dəst sifariş olunmalı, yarışın gedişində isə birindən mütləq istifadə olunmalıdır.

Digər əfsanəvi tras Suzukaya italyanlar Hard tərkibini gətirməkdən imtina edərək orta üçlüyə – SuperSoft, Soft və Medium tərkiblərini gətirəcəklər.  Yaponiyada da son iki tərkib yarış üçün məcburi elan edilib.

Builki təkərlərin sərtliyini nəzərə alsaq, çox güman ki, sürücülər hər iki yarış üçün maksimum sayda ən yumşaq tərkibdən sifariş etməklə cəmi bir pit-stopla kifayətlənməyə çalışacaqlar.

, , , , , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*