16 Dekabr 2018, Bazar - 16:51

Pirelli Belçika və İtaliya Qran Priləri üçün sürücülərin təkər seçimini bəyan edib

Pirelli Belçika və İtaliya Qran Priləri üçün sürücülərin təkər seçimini bəyan edib

Müəllif: Elçin Zodorov, redaktor

12:11 - 09 Avqust, 2018

Reqlamentə əsasən, Pirelli səfər yarışlarına 14 həftə, Avropa yarışlarına isə 8 həftə qalmış təkər seçimini elan etməlidir. Bundan sonra komandalar yarış həftəsonu ərzində istifadə edəcəkləri tərkiblərin dəst sayını müəyyən edirlər və seçimlərini FİA-ya bildirirlər, federasiya isə Pirelli-dən məhz bu sayda təkər istehsal etməyi və yarışa gətirməyi tələb edir.

Komandaların seçimi məxfi saxlanılır və yarışa 2 həftə qalmış mətbuata bildirilir. Ona görə də Pirelli bu gün Britaniya Qran Prisinə hər bir sürücünün etdiyi seçimi açıqlayıb.

F-1.az xatırladır ki, italyanlar SpadaMontsada baş tutacaq yarışlara Medium, Soft və SuperSoft üçlüyünü gətirəcəyini elan etmişdi. Belçika Qran Prisinə bu tərkiblərin gətirilməsini kifayət qədər cəsarətli addım hesab etmək olar. McLaren sürücülərinin Medium təkərlərdən 4 dəst sifariş etməsi onu göstərir ki, komanda sıralanma turunda sürücülərin nəinki üçüncü, hətta ikinci sessiyaya da keçə biləcəklərinə inanmır.

Hər iki yarışda əksər komandaların sürücüləri fərqli seçimlər ediblər.

Belçika Qran Prisi üçün təkər seçimi

SürücüKomandaMediumSoftSuperSoft
Lyuis HəmiltonMercedes AMG346
Valtteri BottasMercedes AMG346
Sebastyen FettelFerrari247
Kimi RəykkönenFerrari157
Daniel RikkardoRed Bull148
Maks FerstappenRed Bull157
Serxio PeresForce İndia238
Esteban OkonForce İndia238
Ləns StrollWilliams229
Sergey SirotkinWilliams139
Karlos SaynsRenault238
Niko HülkenberqRenault148
Pyer QasliToro Rosso148
Brendon HartliToro Rosso238
Roman QrojanHaas238
Kevin MaqnussenHaas148
Fernando AlonsoMcLaren454
Stoffel VandornMcLaren454
Markus ErikssonSauber148
Şarl LeklerSauber238

 

İtaliya Qran Prisi üçün təkər seçimi

SürücüKomandaMediumSoftSuperSoft
Lyuis HəmiltonMercedes AMG238
Valtteri BottasMercedes AMG148
Sebastyen FettelFerrari2110
Kimi RəykkönenFerrari1210
Daniel RikkardoRed Bull238
Maks FerstappenRed Bull157
Serxio PeresForce İndia1210
Esteban OkonForce İndia1210
Ləns StrollWilliams139
Sergey SirotkinWilliams229
Karlos SaynsRenault238
Niko HülkenberqRenault238
Pyer QasliToro Rosso238
Brendon HartliToro Rosso148
Roman QrojanHaas139
Kevin MaqnussenHaas229
Fernando AlonsoMcLaren247
Stoffel VandornMcLaren247
Markus ErikssonSauber2110
Şarl LeklerSauber1210

 


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 137
Teqlər , , , , , , ,
Paylaş

logo