23 Oktyabr 2017, Bazar ertəsi - 02:47

Pirelli Belçika Qran Prisi üçün sürücülərin təkər seçimini bəyan edib

Pirelli Belçika Qran Prisi üçün sürücülərin təkər seçimini bəyan edib

Müəllif: Elçin Zodorov, redaktor

16:12 - 03 Avqust, 2017

Reqlamentə əsasən, Pirelli səfər yarışlarına 14 həftə, Avropa yarışlarına isə 8 həftə qalmış təkər seçimini elan etməlidir. Bundan sonra komandalar yarış həftəsonu ərzində istifadə edəcəkləri tərkiblərin dəst sayını müəyyən edirlər və seçimlərini FİA-ya bildirirlər, federasiya isə Pirelli-dən məhz bu sayda təkər istehsal etməyi və yarışa gətirməyi tələb edir.

Komandaların seçimi məxfi saxlanılır və yarışa 2 həftə qalmış mətbuata bildirilir. Ona görə də bu gün Pirelli Belçika Qran Prisinə hər bir sürücünün etdiyi seçimi açıqlayıb.

F-1.az xatırladır ki, Pirelli Spaya ən yumşaq üçlüyü – Soft, SuperSoft və UltraSoft tərkibləri gətirəcəyini elan etmişdi. Mercedes AMG, McLaren, Haas və Sauber komandalarının sürücüləri fərqli seçimlər ediblər.

Sonda qeyd edək ki, Soft və SuperSoft tərkiblərin hər hansı birindən yarışın gedişində mütləq istifadə olunmalıdır.

SürücüKomandaSoftSuperSoft UltraSoft
Lyuis HəmiltonMercedes AMG436
Valtteri BottasMercedes AMG346
Daniel RikkardoRed Bull139
Maks FerstappenRed Bull139
Sebastyan FettelFerrari337
Kimi RəykkönenFerrari337
Serxio PeresForce İndia346
Esteban OkonForce İndia346
Felipe MassaWilliams157
Ləns StrollWilliams157
Fernando AlonsoMcLaren229
Stoffel VandornMcLaren139
Karlos SaynsToro Rosso238
Daniil KvyatToro Rosso238
Roman QrojanHaas346
Kevin MaqnussenHaas436
Niko HülkenberqRenault238
Colion PalmerRenault238
Paskal VerlyaynSauber337
Markus ErikssonSauber247

 


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 3. 407
Teqlər , , , , ,
Paylaş

logo