19 Dekabr 2018, Çərşənbə - 11:49

Pirelli Bəhreyn yarışına sürücülərin təkər seçimini bəyan edib

Pirelli Bəhreyn yarışına sürücülərin təkər seçimini bəyan edib

Müəllif: Elçin Zodorov, redaktor

08:18 - 23 Mart, 2016

Builki reqlamentə əsasən, Pirelli səfər yarışlarına 14 həftə, Avropa yarışlarına isə 8 həftə qalmış təkər seçimini elan etməlidir. Bundan sonra komandalar yarış həftəsonu ərzində istifadə edəcəkləri tərkiblərin dəst sayını müəyyən edirlər və seçimlərini FİA-ya bildirirlər, federasiya isə Pirelli-dən məhz bu sayda təkər istehsal etməyi və yarışa gətirməyi tələb edir.

Komandaların seçimi məxfi saxlanılır və yarışa 2 həftə qalmış mətbuata bildirilir. Ona görə də bu gün Pirelli Bəhreyn Qran Prisinə hər bir sürücünün etdiyi seçimi açıqlayıb.

F-1.az xatırladır ki, keçən il Saxirdə Soft və Medium tərkiblərindən istifadə olunmuşdu – məhz bu tərkiblər qarşıdakı yarışda məcburi tərkib elan olunublar, bu il onlara əlavə olunan SuperSoft tərkibi isə sıralanma turunda məcburidir.

Avstraliya Qran Prisinin böyük hissəsini Medium-la keçirən keçirən Mercedes AMG pilotları bu tərkibdən hərəyə bir dəst sifariş veriblər. Pirelli Ferrari pilotlarının hərəsi üçün isə 3 dəst Medium tərkib gətirəcək. Görünür, Fettel və Rəykkönen sərbəst yürüşlərdə Medium tərkiblə işləyəcəklər…

SürücüKomandaMediumSoftSuperSoft
L.HəmiltonMercedes AMG166
N.RosberqMercedes AMG166
S.FettelFerrari346
K.RəykkönenFerrari346
V.BottasWilliams337
F.MassaWilliams337
D.RikkardoRed Bull256
D.KvyatRed Bull256
K.MaqnussenRenault157
C.PalmerRenault157
N.HülkenberqForce İndia256
S.PeresForce İndia256
M.FerstappenToro Rosso175
K.SaynsToro Rosso265
F.AlonsoMcLaren346
C.BattonMcLaren346
M.ErikssonSauber355
F.NasrSauber445
P.VerlyaynManor454
R.HaryantoManor454
R.QrojanHaas247
E.QutyerresHaas157

Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 297
Teqlər , , , , ,
Paylaş

logo