24 Sentyabr 2017, Bazar - 21:46

Pirelli Azərbaycan Qran Prisi üçün sürücülərin təkər seçimini bəyan edib

Pirelli Azərbaycan Qran Prisi üçün sürücülərin təkər seçimini bəyan edib

Müəllif: Elçin Zodorov, redaktor

12:22 - 13 İyun, 2017

Reqlamentə əsasən, Pirelli səfər yarışlarına 14 həftə, Avropa yarışlarına isə 8 həftə qalmış təkər seçimini elan etməlidir. Bundan sonra komandalar yarış həftəsonu ərzində istifadə edəcəkləri tərkiblərin dəst sayını müəyyən edirlər və seçimlərini FİA-ya bildirirlər, federasiya isə Pirelli-dən məhz bu sayda təkər istehsal etməyi və yarışa gətirməyi tələb edir.

Komandaların seçimi məxfi saxlanılır və yarışa 2 həftə qalmış mətbuata bildirilir. Ona görə də bu gün Pirelli Azərbaycan Qran Prisinə hər bir sürücünün etdiyi seçimi açıqlayıb.

F-1.az xatırladır ki, italyanlar Bakıya orta üçlüyü – Medium, Soft və SuperSoft təkərləri gətirəcəklərini elan etmişdilər. Kanadadakı yarışdan fərqli olaraq, bu dəfə Mercedes AMG və Ferrari komandalarının sürücülərinin seçimləri eyni olub. Sürücüləri müxtəlif seçimlər edən komandalar isə Williams və Sauber-dir. Sonda qeyd edək ki, bərk tərkiblərin hər hansı birindən yarışın gedişində mütləq istifadə olunmalıdır.

SürücüKomandaMediumSoftSuperSoft
Lyuis HəmiltonMercedes AMG148
Valtteri BottasMercedes AMG148
Daniel RikkardoRed Bull238
Maks FerstappenRed Bull238
Sebastyan FettelFerrari148
Kimi RəykkönenFerrari148
Serxio PeresForce İndia139
Esteban OkonForce İndia139
Felipe MassaWilliams238
Ləns StrollWilliams148
Fernando AlonsoMcLaren1210
Stoffel VandornMcLaren1210
Karlos SaynsToro Rosso139
Daniil KvyatToro Rosso139
Roman QrojanHaas148
Kevin MaqnussenHaas148
Niko HülkenberqRenault148
Colion PalmerRenault148
Markus ErikssonSauber238
Paskal VerlyaynSauber139

Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 5. 748
Teqlər , , , , , ,
Paylaş

logo