23 Sentyabr 2017, Şənbə - 18:50

Pirelli Avstriya Qran Prisi üçün sürücülərin təkər seçimini bəyan edib

Pirelli Avstriya Qran Prisi üçün sürücülərin təkər seçimini bəyan edib

Müəllif: Elçin Zodorov, redaktor

16:10 - 27 İyun, 2017

Reqlamentə əsasən, Pirelli səfər yarışlarına 14 həftə, Avropa yarışlarına isə 8 həftə qalmış təkər seçimini elan etməlidir. Bundan sonra komandalar yarış həftəsonu ərzində istifadə edəcəkləri tərkiblərin dəst sayını müəyyən edirlər və seçimlərini FİA-ya bildirirlər, federasiya isə Pirelli-dən məhz bu sayda təkər istehsal etməyi və yarışa gətirməyi tələb edir.

Komandaların seçimi məxfi saxlanılır və yarışa 2 həftə qalmış mətbuata bildirilir. Ona görə də bu gün Pirelli Avstriya Qran Prisinə hər bir sürücünün etdiyi seçimi açıqlayıb.

F-1.az xatırladır ki, italyanlar Şpilberqə ən yumşaq üçlüyü – Soft, SuperSoft və UltraSoft təkərləri gətirəcəklərini elan etmişdilər. Sürücülər həftəsonu üçün ən sərt tərkib hesab olunan Soft təkərlərdən maksimum 2 dənə sifariş ediblər. Mercedes və Ferrari sürücülərinin seçimləri fərqli olub. Sonda qeyd edək ki, SuperSoft və UltraSoft tərkiblərin hər hansı birindən yarışın gedişində mütləq istifadə olunmalıdır.

SürücüKomandaSoftSuperSoftUltraSoft
Lyuis HəmiltonMercedes AMG238
Valtteri BottasMercedes AMG148
Daniel RikkardoRed Bull229
Maks FerstappenRed Bull229
Sebastyan FettelFerrari157
Kimi RəykkönenFerrari247
Serxio PeresForce İndia1210
Esteban OkonForce İndia1210
Felipe MassaWilliams238
Ləns StrollWilliams148
Fernando AlonsoMcLaren1210
Stoffel VandornMcLaren1210
Karlos SaynsToro Rosso238
Daniil KvyatToro Rosso238
Roman QrojanHaas157
Kevin MaqnussenHaas157
Niko HülkenberqRenault238
Colion PalmerRenault238
Markus ErikssonSauber247
Paskal VerlyaynSauber337

Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 6. 757
Teqlər , , , , ,
Paylaş

logo