14 Dekabr 2017, Cümə axşamı - 13:46

Pirelli Avstraliya və Çin Qran Priləri üçün təkər seçimini elan edib

Pirelli Avstraliya və Çin Qran Priləri üçün təkər seçimini elan edib

Müəllif: Elçin Zodorov, redaktor

21:44 - 22 Dekabr, 2016

Çempionatın yeganə təkər təchizatçısı olan Pirelli şirkəti gələn mövsümün ilk iki Qran Prisinə gətirəcəyi təkər tərkiblərini açıqlayıb.

F-1.az xatırladır ki, son reqlamentə görə, şirkət Avropa yarışları üçün təkər seçimini yarışa 8 həftə qalmış elan edir, Avropadan kənarda olan yarışlara isə təkər seçimi yarışa 14 həftə qalmış elan olunur.

Pirelli Melburna ən yumşaq üçlüyü –  Soft, SuperSoft və UltraSoft təkərləri gətirəcək. Yarışın gedişində Soft və SuperSoft tərkibləri məcburi elan olunduğu üçün onlardan ən azı bir dəst sifariş verilməli və hər hansı birindən istifadə edilməlidir. Bundan başqa, sıralanma turunun son sessiyasına çıxan sürücülər bir dəst ən yumşaq tərkibə qənaət etməlidirlər. Onlar sıralanma turundan sonra həmin dəsti Pirelli-yə qaytarmalıdırlar. Qalan sürücülər isə ondan yarışda istifadə edə bilərlər. Xatırlada ki, təchizatçı keçən il Melburna UltraSoft əvəzinə Medium təkərləri gətirmişdi.

Çinə isə orta üçlük – Medium, Soft və SuperSoft tərkiblər aparılacaq: ilk iki tərkib məcburi elan edilib. Pirelli Çin Qran Prisi üçün keçən il də eyni tərkibləri seçmişdi…

Mərhələ / TərkiblərUltraSoftSuperSoftSoftMediumHard
Markalanma rəngiBənövşəyiQırmızıSarıNarıncı
Avstraliya Qran Prisi UltraSoftSuperSoftSoft
Çin Qran PrisiSuperSoftSoftMedium

 


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 1. 312
Teqlər , , , , , , ,
Paylaş

logo