22 Noyabr 2017, Çərşənbə - 13:11

Phillip İsland trasında keçirilən testlərin ikinci günü yekunlaşıb

Phillip İsland trasında keçirilən testlərin ikinci günü yekunlaşıb

Müəllif: Rauf Hacıyev, redaktor

16:54 - 18 Fevral, 2016

Avstraliyanın Phillip İsland trasında keçirilən qış testlərinin ikinci günündə Suzuki komandasının sürücüsü Maverik Vinyales birinci olub…

F-1.az xəbər verir ki, Vinyales 1:29.131 zaman nəticəsi göstərib.

Honda komandasından Mark Markes testlərin sonunda sürətlənsə də, birinci ola bilməyib. O Vinyalesdən 0.161 saniyə geridə qalıb.

Yamaha sürücüləri Xorxe Lorenso və Valentino Rossi bir-birinə çox yaxın olublar – onları 0.05 saniyə ayırıb. Honda komandasının ikinci sürücüsü Dani Pedrosa 8-ci olub. Pedrosa testlərin bitməsinə 90 dəqiqə qalmış qəza edib. Seans qırmızı bayraqlarla dayandırılıb. Tras təmizləndikdən sonra seans yenidən davam edib.

Dani Pedrosadan başqa Aspar Ducati komandasında çıxış edən Yonni Hernandes də qəza edib və seans yenə qırmızı bayraqlarla dayandırılıb…


Son Xəbərlər

İnformasiya

Bölüm MotoGP
Mənbə
Baxış Sayı 346
Teqlər , , , , ,
Paylaş

logo