P.Hembri: “Təkərlər biz istədiyimiz kimi alınıb”

Pirelli şirkətinin yarış şöbəsinin başçısı Pol Hembrinin sözlərinə görə, Xeres testlərində bütün komandaların gileyləndiyi təkərlərin tez yeyilməsi heç də konstruktor […]

Pirelli şirkətinin yarış şöbəsinin başçısı Pol Hembrinin sözlərinə görə, Xeres testlərində bütün komandaların gileyləndiyi təkərlərin tez yeyilməsi heç də konstruktor və ya texnoloji səhvi deyil – elə əvvəldən məhz belə düşünülmüş gedişdir. Bu xüsusiyyətlər qarşıdakı mövsümdə təkərləri daha əhəmiyyətli faktor edəcək…

Pol Hembri: “Komandalar öyrəşmişdilər ki, bir təkər dəsti ilə 50-60 dövrə vurmaq olar. Lakin bu zaman heç bir strategiyadan söhbət gedə bilməzdi. Biz təkərin tez yeyilməsi və yarışın gedişində bir neçə pit-stop edilməsi imkanı arasında düzgün balans tapmağa çalışırıq.

Pirelli lap əvvəldən bunu belə planlaşdırmışdı. Bu asan iş deyil. Əgər təkər böyük məsafəyə tab gətirsə, onda hamı əvvəl olduğu kimi finişə bir pit-stopla gedəcək. Biz isə komandaları faktiki olaraq 100 km-dən bir təkəri dəyişməyə məcbur etmək istəyirik. Bəzi komandalar isə hətta 3 pit-stoplu strategiya da qura bilərlər.

Mənim proqnozum – hər yarışa iki pit-stopdur, kimsə üç pit-stop keçirə bilər, amma dörd pit-stop artıq qəribə görünəcək.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*