P.Hembri: “Azarkeşlər baxımlı yarışları xoşlayırlar”

Pirelli Motorsport-un başçısı Pol Hembri hesab edir ki, Formula1-dəki builki sıxlıq idmanın xeyrinədir. Bir çox ekspertlər isə hesab edirlər ki, […]

Pirelli Motorsport-un başçısı Pol Hembri hesab edir ki, Formula1-dəki builki sıxlıq idmanın xeyrinədir. Bir çox ekspertlər isə hesab edirlər ki, Pirelli təkərləri builki yarışları lotereyaya çevirib…

Pol Hembri: “Bizim aldığımız rəylərin çoxu göstərir ki, azarkeşlərin indiki yarışlardan çox xoşu gəlir. Mövsüm əvvəlində kimə desəydik ki, ilk beş yarışda beş müxtəlif komandanın müxtəlif sürücüləri qələbə qazanacaqlar, bizə gülərdilər. Amma özünüz də görürsünüz ki, hər şey belə də alındı.

Məncə, azarkeşlər bu cür yarışlardan ötrü darıxıblar. Əlbəttə, Pastor və Williams-ın İspaniyada qələbəsindən razı gəlməyən hər bir kəsə gedib başqa işlə məşğul olmasını məsləhət görürəm, çünki bütün paddok razı idi. Hər bir kəsin öz rəyi var, insanlar isə görmək istədikləri yarışları görürlər.

Formula1 komandaları büdcə, sponsor axtarmalı olurlar, özlərinin Formula1-də çıxışını doğrultmağa çalışırlar. İspaniyada Williams gözəl qələbə qazandı, Malayziyada Sauber yaxşı çıxış etdi, Çində Mercedes AMG və Niko Rosberq ilk qələbəsini qazandılar, Bəhreyndə Force İndia və Pol di Resta yaddaqalan yarış keçirdilər. Bütün bu komandalara yarışlarda yaxşı çıxış etmək vacib idi. Mövsümün sonunda isə bir yaxşı sürücü, bir yaxşı komanda və bir yaxşı maşının adını biləcəyik. Mövsümdə 20 yarış var və hələ çox şey olacaq.

Çempionata baxın: gərgin mübarizə görürük – azarkeşlər uzun müddət bunu tələb etmirdilər? Biz bu mübarizəni təmin etdik, indi isə kimsə narazıdır. Biz istəmirik ki, təkərlər Qran Prinin nəticəsinə təsir edən həlledici faktor olsunlar: burda əsas rolu mühəndis, sürücü və maşın oynamalıdır.

Bir müddət keçəcək, mühəndislər hər şeyi həll edəcəklər və bir neçə Qran Pridən sonra hamı sakitləşəcək. İspaniyada biz artıq gördük ki, 3-4 komanda təkərlə daha yaxşı işləyir.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*