P.Hed Williams-ı tərk edəcək?

Mövsümün uğursuz startından sonra Williams komandasının rəhbərliyi açıq şəkildə kadr dəyişikliklərindən danışıb, dəyişikliklər xüsusən də texniki şöbəni əhatə edəcək. Biz […]

Mövsümün uğursuz startından sonra Williams komandasının rəhbərliyi açıq şəkildə kadr dəyişikliklərindən danışıb, dəyişikliklər xüsusən də texniki şöbəni əhatə edəcək.

Biz artıq texniki direktor Səm Mayklın komandanı tərk edə biləcəyindən yazmışdıq, çox güman ki, komandanı aerpdinamika üzrə mütəxəssis Con Tomlinson da tərk edəcək, amma Almaniyanın Auto Motor und Sport dərgisinin jurnalistləri hesab edirlər ki, Türkiyə Qran Prisindən sonra komandanın həmtəsisçilərindən biri Patrik Hedin getməsi elan oluna bilər.

Fevral ayında Hed bildirmişdi ki, öz səhm payının böyük bir hissəsini Frankfurt birjasına satıb və jurnalistlərə komandanı tərk edəcəyi barədə işarələmişdi: “Zaman dayanmır: bəlkə də mən Frənklə elə düşnürdük ki, bu bizə aid deyil, amma bir vaxt başa düşürsən ki, bu qaydada istisna yoxdur.”

Şayiələrə görə, komandanın direktoru Adam Parr və səhmdarlarından biri Toto Volff yeni təyinatları mayın sonuna qədər müəyyən etmək istəyirlər ki, gələn ilin maşını üzərində işə yeni mütəxəssislər başlasınlar…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*