P.Hed ikiqat diffuzorlar haqqında

Aprelin 14-də Parisdə FİA-nın Ümumdünya Şurasının iclasında Brawn, Toyota və Williams maşınlarında istifadə olunan ikiqat diffuzorların taleyi həll olunacaq. İclas […]

Aprelin 14-də Parisdə FİA-nın Ümumdünya Şurasının iclasında Brawn, Toyota və Williams maşınlarında istifadə olunan ikiqat diffuzorların taleyi həll olunacaq. İclas ərəfəsində tərəflər öz arqumentlərini səsləndirirlər, Auto Motor und Sport qəzetinə müsahibəsində Williams-ın həmsahibi Patrik Hed də diffuzorlardan danışıb…

Patrik Hed: “Məni təəccübləndirən protest deyil, mən ona təəccüblənirəm ki, rəqiblərimiz bizim yolla getməyiblər. Bu reqlamentin pozulması deyil, 2008-ci ildə McLaren hazırda bizim istifadə etdiyimiz elementlərdən istifadə edirdi. Bundan başqa Çarli Uaytinq keçən il bizim konstruksiyanın eksizlərinə “yaşıl işıq” verib.

Reqlament hamı üçün eynidir, onun hazırlanmasında FİA texniki işçi qrupla sıx əməkdaşlıq edib, reqlemnt bütün komandalar tərəfindən bəyənilib. O zaman hələ Honda-nı təmsil edən Ross Braun hamıya təklif etmişdi ki, aerodinamik məhdudiyyətləri daha aydın yazmaq lazımdır, bu halda indiki diffuzorlar mümkün olmazdı, amma Pət Simonds o zaman etiraz etmişdi.

Maşınlar həqiqətən sürətli alınıb. Xüsusən də yavaş döngələrdə sürətlər artıb, buna səbəb sliklərdir. Amma əvəzində sürətli döngələrdə sürət aşağı düşüb.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*