Petrobras Formula1-ə qayıtmağa ümid edir

Braziliyanın Petrobras neft şirkətinin nümayəndələri bu həftə Honda Racing komandasının yeni sahibləri ilə əməkdaşlıq etmələrini və Bruno Sennanı dəstəkləmələrini təkzib […]

Braziliyanın Petrobras neft şirkətinin nümayəndələri bu həftə Honda Racing komandasının yeni sahibləri ilə əməkdaşlıq etmələrini və Bruno Sennanı dəstəkləmələrini təkzib ediblər, bunun səbəbi isə texniki çağırışın olmamasıdır – avtoistehsalçı komandaalrın hamısının yanacaq təchizatçısı var, sadəcə sponsorluq isə Petrobras-ı qane etmir. Son mövsüm başa çatdıqdan sonra Petrobras-ın sponsorluq vəsaitləri və texnologiyaları Williams-dan Honda-ya keçdi, amma yapon konserninin Formula1-dən getmə qərarından sonra Petrobras da getməyi qərara almışdı – bu gün məlum olub ki, şirkət nə vaxtsa qayıtmağa ümid edir…

Rəsmi bəyanatda deyilir:Petrobras öz mövqeyini açıqlayır – biz əvvəlkitək çempionatda iştirak etmək istəyirik və komandalarla əməkdaşlığa can atırıq, belə bir əməkdaşlıq yüksək texnologiyalar əsasında keyfiyyətli yanacaq və yağların istehsalına səbəb olur. Bizim idman proqramımızın məqsədi – adi istifadəçilər üçün yanacaq maşınlarında işlənən texnologiyalardan istifadə etməklə üstünlük qazanmaqdır və bu istiqamətdə Formula1-in həmişə müstəsna rolu olacaq.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*