Peletonda yenə iki Şumaxer olacaq?

Sabiq Formula1 sürücüsü Ralf Şumaxer peletonda yenidən iki Şumaxer soyadı görmək istəyir.

F-1.az xatırladır ki, Mixael və Ralf Şumaxer qardaşları 1998-2006-cı illərdə rəqib olmuş və bəzi yarışlarda təkər-təkərə mübarizə aparmışdılar.

Mixaelin oğlu Mik gələn il Formula2-də debüt edəcək. Ralf Şumaxerin oğlu Devid bu il Formula4-də gözəl mövsüm keçirib və ilin debütantı seçilib. Devidin gələn il Formula3-də yarışması gözlənilir.

Ralf Şumaxer: “Bu, əla olar. Hətta meqa vəziyyət olar. Lakin Formula1-də yer tapmağın çətin olduğunu bilirik”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*