16 Dekabr 2017, Şənbə - 19:04

PDVSA-dan Maldonado üçün pis xəbər

PDVSA-dan Maldonado üçün pis xəbər

Müəllif: Elçin Zodorov, redaktor

12:21 - 20 Oktyabr, 2016

2017-ci ildə yenidən Formula1-ə qayıtmaq üçün komandalarla danışıqlar aparan venesuelalı pilotun sponsoru olan PDVSA şirkəti maliyyə böhranındadır.

F-1.az xatırladır ki, Pastor Maldonado 2011-ci ildən etibarən 5 mövsüm PDVSA-nın dəstəyi ilə Formula1-də yarışmış, lakin bu ilin əvvəlində şirkət lazım olan məbləği ödəməyəcəyini bildirmişdi. Bunun nəticəsində də Maldonado cari mövsümdə yarışa bilməyib.

Pastor bir neçə komanda ilə danışıqlar aparırdı və gələn mövsüm yenidən yarışmaq ehtimalının yüksək olduğunu bildirirdi. Lakin böhranda olan şirkətin borcları da çoxalıb və onların ödənilməsi tələb edilir. Şirkətin rəsmilərindən biri deyib: “Əgər planlarımız uğurlu olmasa, mövcud borclarımızı ödəmək çox çətin olacaq”.

Maldonadonun başqa böyük sponsoru yoxdur.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 171
Teqlər ,
Paylaş

logo