P.di Resta Force İndia ilə müqavilə imzalamağa hazırlaşır?

Şotlandiyalı gənc sürücü Pol di Restanın Force İndia komandası ilə müqavilə bağlaması ehtimalı günü-gündən artır – hər halda onun meneceri […]

Şotlandiyalı gənc sürücü Pol di Restanın Force İndia komandası ilə müqavilə bağlaması ehtimalı günü-gündən artır – hər halda onun meneceri Əntoni Həmilton nikbin görünür…

Arxada qalan mövsümdə 24 yaşlı sürücü özünü pis göstərməyib, komandanın ehtiyat sürücüsü olmaqla yanaşı nüfuzlu DTM kuzov çempionatında titul qazanıb, bundan sonra Mercedes-in dəstəyi daha da güclənib.

Əntoni Həmilton: “Force İndia bu il Poldan çox razıdır, o öz işinin öhdəsindən əla gəldi və komandada onu çox sevirlər. O, anadangəlmə lider və çempiondur. Vəziyyət heç dəyişməyib: Pol əvvəlki kimi komandanın əsas heyətinə namizəddir və biz nikbinik.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*