P.de la Rosa Xeres testlərinə hazırlaşır

Hispania komandasından son iki ildə olduğu kimi mövsümlərarası fasilədə məlumat az eşidilir. Sonuncu dəfə komandanın yeganə sürücüsü Pedro de la […]

Hispania komandasından son iki ildə olduğu kimi mövsümlərarası fasilədə məlumat az eşidilir. Sonuncu dəfə komandanın yeganə sürücüsü Pedro de la Rosa Autosport-s müsahibəsində bildirmişdi ki, komandanın əsas məqsədi Xeres testlərində köhnə maşınla, Barselona testlərində isə yeni maşınla çıxış etməkdir.

Bu gün komandanın mətbuat xidmətinin yaydığı şəkildə doğrudan da qarşıdakı testlərə hazırlığın getməsini görürürk – Pedro keçənilki F111-in kokpitində oturub, şəklin altında isə sürücünün oturacağının ölçüsünün və pedalların yerinin müəyyən edilməsi yazılıb.

Şəklin harda çəkilməsi barədə heç nə yazılmayıb, amma de la Rosa Twitter-dəki mikrobloqunda yazıb ki, bu gün görükləri onu sevindirib, “üç ayda komanda böyük işlər görüb!”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*