P.de la Rosa və A.Vürs US F1 komandasına namizəddirlər

Britaniyanın Autosport saytının məlumatına görə, Pedro de la Rosa və Aleks Vürs yeni US F1 komandasında sürücü yerinə əsas namizəddirlər. […]

Britaniyanın Autosport saytının məlumatına görə, Pedro de la Rosa və Aleks Vürs yeni US F1 komandasında sürücü yerinə əsas namizəddirlər. Komandanın bildirdiyinə görə, maşınlardan birini gənc amerikalı sürücü idarə edəcək, onun komanda yoldaşı isə şassinin təkmilləşdirilməsindən başı çıxan təcrübəli sürücü olmalıdır. Pedro de la Rosa mövsümün sonuna kimi McLaren-də işləyəcək, amma ispan sürücü həm də yeni Campos Grand Prix komandası ilə danışıqlar aparır. Vürsün Brawn GP komandası ilə test sürücü müqaviləsi də bu ilin sonunda başa çatır və avstriyalı sürücü təsdiq edib ki, US F1-in təklifi onu maraqlandıra bilər…

Aleks Vürs: “Piter Uindzor mənimlə onun komandasında çıxış etmək imkanımı müzakirə edib, çünki testlərə ayrılmış vaxt məhduddur, onlara isə təcrübəli sürücü lazımdır. Mən bilirəm ki, komanda amerikalı sürücülərə üstünlük verəcək, amma komanda həqiqətən mənimlə maraqlanırsa, mən işləməyə hazıram – yeni layihə sıfırdan başlayacaq və mənim təcrübəm lazım olacaq.”

Autosport-un məlumatına görə, komandada digər sürücü yerinə əsas namizəd Atlantic Formulasında çıxış edən Conatan Sammertondur…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*