10 Dekabr 2018, Bazar ertəsi - 10:29

P.de la Rosa McLaren-ə qayıdır?

P.de la Rosa McLaren-ə qayıdır?

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

16:01 - 16 Yanvar, 2013

HRT komandasının müflis olmasından sonra müqaviləsiz qalan Pedro de la Rosa Formula1-də qalmaq variantlarını axtarmaqda davam edir. İspaniyanın El Mundoqəzetinin […]

HRT komandasının müflis olmasından sonra müqaviləsiz qalan Pedro de la Rosa Formula1-də qalmaq variantlarını axtarmaqda davam edir. İspaniyanın El Mundoqəzetinin verdiyi məlumata görə, 41 yaşlı sürücü çempionatda test sürücü kimi qalmağa ümid edir və Williams, Mercedes AMG və Ferrari komandaları ilə danışıqlar aparır, hərçənd, sürücünün McLaren-ə qayıtmaq şansı daha yüksəkdir.

F1 Racing jurnalına müsahibəsində ispaniyalı sürücü bildirib ki, McLaren komandası onun işlədiyi ən yaxşı komanda olub, amma inanmır ki, Uokinqdə onun qayıtmasına sevinəcəklər, çünki sürücü artıq iki dəfə komandanı tərk edib: 2010-cu ildə Sauber-ə, 2012-ci ildə isə HRT-yə keçmişdi. Amma buna baxmayaraq, McLaren-ə qayıtmaq şansı var: şayiələrə görə, Serxio Peres komandasından Pedronun qaytarılmasını xahiş edib, çünki məhz ispaniyalı sürücü onun McLaren-ə daha tez öyrəşməsinə kömək edə bilər…


P.de la Rosa McLaren-ə qayıdır

P.de la Rosa McLaren-ə qayıdır

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

15:56 - 10 Mart, 2011

Dünən axşam rəsmən elan olunub ki, Pedro de la Rosa McLaren-ə qayıdır, Pedro 2011-ci ili komandanın ehtiyat və test sürücüsü […]

Dünən axşam rəsmən elan olunub ki, Pedro de la Rosa McLaren-ə qayıdır, Pedro 2011-ci ili komandanın ehtiyat və test sürücüsü kimi keçirəcək.

İspaniyalı sürücü McLaren-ə 2003-cü ildə gəlib, Uokinqdə 7 il çalışıb, 2010-cu ildə Sauber komandasının sürücüsü olub, komanda mövsmün sonuna yaxın onun xidmətlərindən imtina etdikdə, Pirelli-nin test sürücüsü olub.

Pedro de la Rosa: “Mənim Formula1-də çıxış etdiyim bütün komandalar içində yalnız McLaren-də özümü evdəki kimi hiss edirəm. Ona görə də mən çox şadam ki, bu komandaya qayıdıram və МР4-26-ını təkmilləşdirməyə kömək edəcəm.

Lyuis Həmilton və Censon Batton çox mehribandırlar, pozitiv və məhsuldar əməkdaşlıq edirlər, ona görə də mən bu harmoniyanı bərkitməyə ümid edirəm. Onlara maşınla işləməkdə kömək edəcəm.”

Martin Uitmarş: “Mən bilirəm ki, bütün komandanın adından deyə bilərəm ki, biz hamımız Pedronun komandaya qayıtmasına çox şadıq. O yenidən bizimlədir, indi daha təcrübəlidir, onun motivasiyası və hər bir detala diqqəti yüksəkdir. Onun gəlişi ilə bizim heyətimiz daha da güclənəcək.”

Uitmarş həmçinin təsdiq edib ki, Qəri Paffet də McLaren-in test sürücüsü kimi qalacaq və paralel olaraq DTM çempionatında Mercedes-Benz zavod komandasında çıxış edəcək.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 291
Teqlər , , , , , , , , ,
Paylaş

logo