A.Parr: “14-cü komandaya yalnız Williams etiraz etmir”

Williams komandasının icraçı direktoru Adam Parr bildirib ki, start düzlüyündən duran maşınalrın sayının 28-ə çatıdırılmasına etiraz edən dünya çempionatının iştirakçıları […]

Williams komandasının icraçı direktoru Adam Parr bildirib ki, start düzlüyündən duran maşınalrın sayının 28-ə çatıdırılmasına etiraz edən dünya çempionatının iştirakçıları arasında onun komandası yalnız deyil. Onun fikrincə, belə bir qərar ağıllı deyil və iqtisadi cəhətdən düzgün deyil…

Adam Parr: “Frənk Uilyams bu barədə aşkar bildirib. O bunun qəti əleyhinədir, özü də o tək deyil. FOTA-nın son iclasında bu məsələnin əleyhinə səs verən təkcə biz deyildik.

Hər şeydən əvvəl, heç kim heç bir hesablama aparmayıb, axı paddokda 14 komandanın yerləşməsinə imkan varmı7 FİA bu məsələni müzakirə etməyib. Baxın görün Braziliyada vəziyyət becə idi, orda start düzlüyündə 28 maşın necə duracaq?

Əminəm ki, Monakoda da bu problem olacaq, hələ üstəlik bir neçə başqa trasda da. Əgər hesablamalar aparılsa, FİA heç bir vaxt 14-cü komanda məsələsini qaldırmazdı.

Bundan başqa, bu məsələ maliyyə baxımından da düzgün deyil: mən teleyayəmdan əldə olunan gəlirin bölgüsünü nəzərdə tuturam. Hesab edirəm ki, FİA da bu fikirdədir, axı federasiya məsrəflərin kəskin azaldılmasının tərəfdarıdır.

Həm də 28 maşın üçün ilkin sıralanma turunun keçirilməsi zərurəti ortaya çıxa bilər, bu isə lap ağlasığmaz fikirdir. Təsəvvür edin ki, komanda Melburna uçur və ya Monreala, böyük məbləğ xərcləyir, sonra isə sponsorlara deyir ki, starta çıxa bilmirəm. Axı bu gülməlidir.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*