18 Noyabr 2017, Şənbə - 01:05

Paddokda Razılıq Müqaviləsi müzakirə olunur

Paddokda Razılıq Müqaviləsi müzakirə olunur

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

14:29 - 27 Mart, 2012

Malayziya Qran Prisi günlərində Berni Ekklstoun bildirib ki, artıq komandaların çoxu ilə yeni Razılıq Müqaviləsinin imzalanması şərtlərini razılaşdırıb – bundan […]

Malayziya Qran Prisi günlərində Berni Ekklstoun bildirib ki, artıq komandaların çoxu ilə yeni Razılıq Müqaviləsinin imzalanması şərtlərini razılaşdırıb – bundan sonra paddokda vacib siyasi mövzuya yeni maraq dalğası oyanıb.

Formula1-in kommersiya başçısı Ferrari, McLaren və Red Bull komandalarının artıq razılıq vediklərini açıqlayıb…

Londonun The Daily Mirror qəzeti Martin Uitmarşın dilindən yazır ki, “Berni “komandaların çoxu” ifadəsini işlədib, deməli, 12 komandadan 7 və ya daha çoxu artıq razılıq verib, bundan başqa heç nə bilmirəm…”

Almaniya mətbuatında isə Kristian Hornerin fikri yer alıb: “FOM və komandalarla razılıq məxfi olur, ona görə də heç nəyi şərh edə bilmərəm…”

Auto Motor und Sport isə bildirib ki, adı çəkilən 3 komandadan başqa Ekklstounla Toro Rosso, Sauber, Lotus və Force İndia komandaları razılaşıblar.

Çox güman ki, Berni həqiqətən çempionatın iştirakçılarından çoxunun razılığını alıb, üç “gənc” komanda – Caterham, Marussia və HRT isə xüsusi bir şərt irəli sürməyəcək və tezliklə çoxluğa qoşulacaq.

Ən çətin vəziyyət Mercedes AMG və Williams komandaları ilə bağlıdır. Ştutqart konserninin zaov komandasının rəhbərliyi vəziyyəti şərh etməyib, amma mətbuatda rəy formalaşıb ki, Mercedes AMG separat razılığın maliyyə şərtləri ilə razı deyil. İstisna deyil ki, bu məsələdə Williams da fərqli mövqe tutub…


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 106
Teqlər
Paylaş

logo