P.Verlyaynın Sauber-lə müqaviləsi tezliklə elan olunacaq

MotorSport.com resursuna məlum olub ki, 2017-ci ildə Paskal Verlyayn İsveçrə təmsilçisinin heyətində Markus Erikssona yoldaşlıq edəcək.

Verlyaynın Sauber komandası ilə müqaviləsi rəsmən elan olunmayıb, bəyanatın yaxın vaxtlarda verilməsi gözlənilir. Əvvəl güman edilirdi ki, Sauber-də istedadlı italiyalı sürücü Antonio Covinatsi debüt edəcək, amma indi vakant yerlər yalnız Manor komandasında qalıb.

F-1.az xatırladır ki, Verlyayna Mercedes çoxdan himayədarlıq edir və Mercedes Motorsport-un başçısı Toto Volff həmyerlisini ardıcıl ikinci mövsüm orta komandada görmək istədiyini bir neçə dəfə söyləmişdi. Mercedes komandasında Niko Rosberqin istefasından sonra boşalan yerə isə Williams-dan Valtteri Bottas gətiriləcək – finlandiyalı sürücünün də müqaviləsi bu günlərdə elan olunacaq…

, , , , , , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*