21 Sentyabr 2017, Cümə axşamı - 12:51

P.Verlyayn tibbi testlərdən keçib

P.Verlyayn tibbi testlərdən keçib

Müəllif: Elçin Zodorov, redaktor

14:02 - 02 İyun, 2017

Sürücünün səhhətində heç bir problem aşkarlanmayıb və Kanada Qran Prisində iştirak edə biləcək.

Monako Qran Prisində isə Censon Battonla təmasdan sonra qəzaya uğrayan Paskal Verlyayn trasdakı tibb mərkəzində yoxlanışdan keçmişdi və həkimlər vəziyyətin yaxşı olduğunu bildirmişdilər. Lakin bu həftə daha geniş müayinədən keçən alman sürücünün səhhətində Kanada Qran Prisini buraxması üçün heç bir səbəb tapılmayıb. Sürücü şəxsi Twitter bloqunda yazıb: “Müayinələrdən keçdim, Monrealda görüşərik”.

F-1.az xatırladır ki, qışda Çempionlar Yarışında qəzada zədələnən Paskal mövsümün ilk iki yarışını buraxmış, Suaber onun əvəzinə Antonio Covinatsini yarışdırmışdı.

 


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 4. 694
Teqlər , , ,
Paylaş

logo