P.Verlyayn: “Tək şansım Williams-dır”

Sauber komandasının sürücüsü Paskal Verlyayn bildirib ki, gələn il üçün yeganə seçimi Williams komandasıdır.

F-1.az xatırladır ki, Sauber komandası Ferrari ilə tərəfdaşlığa görə gələn il üçün ya Şarl Lekleri, ya da Antonio Covinatsini komandaya gətirməyi planlaşdırır. Erikssonun sponsorları olduğu üçün komandadan böyük ehtimalla Paskal Verlyayn göndəriləcək.

Paskal Verlyayn: “Gələn il Williams-da olmaq istəyirəm. Bu, mənim üçün tək seçimdir. Əgər bir il fasilə versəm, qayıtmaq çətinləşəcək. Gələn il Sauber-də qalmayacağımı əvvəldən deyiblər. Buna görə də bura mənim üçün seçim deyil. Sponsorunuz yoxdursa, özünüzə yer tapa bilməzsinuz. Ailəm 5-10 milyon dollar pul ödəsə, özümə yer tapa bilərəm, lakin bu mümkünsüzdür”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*