P.Verlyayn sirrini açıqlayıb

Paskal Verlyayn bu mövsüm mükəmməl startlar alır və almaniyalı sürücü bildirib ki, bunun ən əsas sirri start vaxtı hansı tərəfdə olacağınızı bilməkdir...

F-1.az xatırladır ki, almaniyalı sürücü bu mövsüm startlarda 34 yer qazanıb və bu statistikaya görə yalnız Fernando Alonsodan geri qalır.

Paskal Verlyayn bildirib ki, bunun heç bir sirri yoxdur. Sadəcə əvvəldən hər şeyi düzgün proqnozlaşdırmaq lazımdır: “Arxa cərgələrdən başlayırsınızsa, yer qazanmaq daha asan olur. Buna görə də ilk dövrə, hətta, ilk iki dövrə çox önəmlidir. İlk döngələrdə çox vaxt bəzi hadisələr olur. Bu anda nələrin baş verəcəyini yaxşı proqnozlaşdırmalısınız. Bunu düzgün etsəniz, rahatlıqla bir neçə yer qazana bilərsiniz”.

Qeyd edək ki, almaniyalı sürücü gələn il Force İndia komandasına transfer oluna bilər…

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*