P.Verlyayn Sauber iddialarını təkzib etməyib

Gələn il üçün adı Sauber komandası ilə hallanan Paskal Verlyayn bu iddiaları təkzib etməyib.

F-1.az xatırladır ki, Felipe Nasr sponsorla bağlı problem yaşadıqdan sonra Sauber komandasındakı yeri müəmmalıdır. Buna görə də İsveçrə təmsilçisi Verlyayn ilə danışıqlara başlayıb.

Bildiyiniz kimi Paskal Verlyayn Force İndia komandasına transfer oluna bilməmiş və buna görə məyus olduğunu demişdi.

Paskal Verlyayn: “Mətbuatda Force İndia komandasına transfer ola bilmədiyim üçün məyus olduğum yazılır. Amma bunlar doğru deyil. Mən sadəcə bilmək istəyirəm ki, niyə məni yox, Estebanı seçiblər.

Sauber barədə heç nə deyə bilmərəm. Bildiyiniz kimi danışıqları mənim adıma Mercedes aparır. Bir onu bilirəm ki, Sauber-də və Manor-da boş yerlər var. Düşünürəm ki, 2017-ci ildə peletonda olacam. Amma bu, məndən asılı deyil”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*