P.Verlyayn Sauber-ə keçir?

Braziliya paddokundan gələn son məlumatlara görə, Mercedes Verlyayn üçün Sauber komandası ilə danışıqlar aparacaq.

F-1.az xatırladır ki, Verlyayn bu il Manor komandasında çıxış etmiş və Avstriya yarışında komandasına qızıl dəyərində 1 xal qazandırmışdı.

Almaniyalı sürücünün adı Force İndia ilə hallansa da, hindistanlılar gələn il üçün Esteban Okonla yarışmağa qərar vermiş, Renault isə Palmerlə müqaviləsini uzatmışdı.

Belə görünürdü ki, Verlyayn Manor-da qalacaq, amma son xəbərlərə əsasən, Sauber yeni sürücü axtarışına çıxıb. İddialara görə, Monişa Kaltenborn İnterlaqosda Mercedes rəsmiləri ilə danışıqlar aparacaq.

Güclü sponsorları olan Erikssonun Sauber-də qalması gözlənildiyi halda, Nasrın vəziyyəti müəmmalıdır. Əgər Nasr Sauber-dən ayrılsa, onun üçün yeganə alternativ Manor komandası olacaq…

, , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*