17 Oktyabr 2018, Çərşənbə - 22:22

P.Verlyayn: “Qədirimi bilmədilər”

P.Verlyayn: “Qədirimi bilmədilər”

Müəllif: Rauf Hacıyev, redaktor

13:16 - 13 Dekabr, 2017

Sauber komandasının sabiq sürücüsü Paskal Verlyayn bildirib ki, bu il yaxşı performans göstərsə də, komanda rəhbərliyinin dəyişilməsinə görə komandadan göndərilib.

F-1.az xatırladır ki, almaniyalı sürücü İspaniya və Azərbaycan yarışlarında 5 xal qazanıb və bir neçə dəfə sıralanma turunda ikinci sessiyaya qala bilib. Lakin isveçrəlilər 23 yaşlı sürücünün bu əziyyətini qiymətləndirməyərək komandadan göndərib və yerinə sonuncu Formula2 çempionu Şarl Lekleri gətiriblər.

Paskal Verlyayn: “Mövsümün ikinci yarısında rəqiblərimizdən daha çox geridə qaldıq. İspaniyada mövsümün ən yaxşı yarışını keçirdik və 8-ci olduq. Ondan sonra isə geriləməyə başladıq və bolidi təkmilləşdirmək üçün çox şey edə bilmədik. Məsələn, Suzukada sondan ikinci sürücü də məni bir dövrə geridə qoydu. Belə bolidlə möcüzələr yaratmaq mümkünsüzdür. İndi isə önümdəki alternativləri dəyərləndirəcəm. Formula1 həmişə xəyalım olub. Ümid edirəm ki, qayıda bilərəm”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 157
Teqlər ,
Paylaş

logo