P.Verlyayn nömrə seçimini edib

Bu gün Manor komandası Paskal Verlyaynla müqavilə imzaladığını elan edib. Komandanın bəyanatından bir qədər sonra isə Paskal Formula1 karyerasında çıxış edəcəyi nömrəni açıqlayıb.

F-1.az xatırladır ki, Paskal keçən il Formula1 testlərinə qatılmışdı və bu testlərdə şərti 34 nömrəsini seçmişdi. Amma DTM-də titulu 94 nömərsi altında qazanmışdı.

Sürücü ona titul qazandıran nömrənin xeyrinə seçim edib. Beləliklə, Paskal Verlyayn Formula1 karyerasını 94 nömərsi ilə keçirəcək. Yeri gəlmişkən, almaniyalı sürücü 1994-cü ildə anadan olub.

Xatırladaq ki, çempionatın digər debütantı Colion Palmer özü üçün 30 nömərsini seçib…

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*