P.Verlyayn Monakoda möcüzəni davam etdirmək istəyir

İspaniyada bu mövsüm ilk xallarını qazanan Paskal Verlyayn qarşıdakı Monako yarışında da özünə güvənir.

F-1.az xatırladır ki, almaniyalı sürücü İspaniyada 8-ci yeri tutaraq, Formula1 karyerasının ən yaxşı nəticəsini əldə etmişdi.

Paskal Verlyayn: “Monakoda yarışmaq həmişə xüsusi olub. Həyəcanverici və çətindir. Bunun əsl səbəbi keçmişdəki ənənələr və yarışlardır.

Bu sürücülər üçün əsl mübarizədir. Çox həssas sürməlisiniz. Sürətli olmaq üçün bolidi millimetr məsafələrlə baryerlərdən uzaq tutmalıyıq, lakin bu mübarizəni sevirəm.

İspaniya yarışına baxsaq, Monte Karloya gözəl əhvalda gedirik. İnkişafın davam etməsi üçün işləməliyik. Lakin Monakoya gətirdiyimiz detallarla daha bir addım ata biləcəyimizə əminəm”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*