P.Verlyayn: “Mercedes-ə keçməyə hazıram”

Mercedes-in gənc sürücüsü Paskal Verlyayn bildirib ki, Mercedes-də yarışmağa hazırdır.

F-1.az xatırladır ki, Verlyayn bu il möhtəşəm performans göstərmiş və Manor komandası ilə xal ala bilmişdi. AutoSport-un ekspertləri almaniyalı sürücünü “İlin Debütantı” nominasiyasının qalibi elan etmişdilər.

Rosberq təqaüdə çıxdığını açıqladıqdan sonra Verlyayn da onun yerinə keçməyə namizədlərdən biri sayılır.

Paskal Verlyayn: “Bir mövsüm Formula1 üçün çox deyil, amma özümü hazır hiss edirəm. Özümə güvənirəm. Son qərarı komanda rəhbərləri verəcək. Cümə günündən etibarən Volffla telefonda bir neçə dəfə danışmışıq. Amma ona çox sürücü zəng edir. Təbii ki, bir az gözləmək lazımdır. Ən yaxşı alternativdən istifadə etmək istəyirəm. Gələn ilin təkərləri ilə bir neçə testdə iştirak etmişəm və bu təcrübə mənim üçün çox vacibdir”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*