P.Verlyayn: “Məğlub etdiklərim yarışır, amma…”

Mercedes komandasının ehtiyat sürücüsü Paskal Verlyayn blldirib ki, yeni mövsümdə məğlub etdiyi sürücüləri izlədiyi üçün məyusdur.

F-1.az xatırladır ki, almaniyalı sürücü 2016-cı ildə Rio Haryantoyla Esteban Okonu, 2017-ci ildə isə Markus Erikssonu geridə qoymuşdu. Buna baxmayaraq, Verlyayn özünə komanda tapa bilmədiyi halda, Okon Force İndia-da, Markus Eriksson isə Sauber-də çıxışlarını davam etdirirlər. 24 yaşlı sürücü bu il DTM-də mübarizə aparacaq.

Paskal Verlyayn: “Əlbəttə, hazırda Formula1-də olmaq istəyərdim. Son iki ildə göstərdiyim performansla orada yarışmağa layiq idim. Sabiq komanda yoldaşlarım karyeralarına davam edirlər. Onları məğlub etməyimə baxmayaraq, mən komandasızam. Çox qəribədir. Əlimdən heç nə gəlmir. Sadəcə DTM-ə fokuslanacam. Buna görə də mövsümü səbirsizliklə gözləyirəm”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*