16 Dekabr 2017, Şənbə - 19:06

P.Verlyayn: “Həmiltonun hələ də şansı var”

P.Verlyayn: “Həmiltonun hələ də şansı var”

Müəllif: Rauf Hacıyev, redaktor

16:25 - 19 Oktyabr, 2016

Manor komandasının sürücüsü Paskal Verlyayn bildirib ki, çempionluq uğrunda mübarizə bitməyib və Həmilton hələ də yarışın içindədir…

F-1.az xatırladır ki, Rosberq son 4 yarışa Həmiltonu 33 xal qabaqlayaraq girir.

Verlyayn bildirib ki, bəzi yerlərdə britaniyalı sürücünün şansının bitdiyini oxuyur, amma almaniyalı əlavə edib ki, bu fikirlərlə razı deyil: “Hər iki Mercedes sürücüsü çox istedadlıdır. Ortada qazanıla biləcək 100 xal var və buna görə hər ikisini də mübarizədən silmək olmaz. Bu il biz bir neçə dəfə gördük ki, geridə olan bəzi sürücülər böyük xal fərqini bağlayıb, önə keçdilər. Buna görə də, danışmaq hələ tezdir.

Növbəti yarışlarda nələrin baş verəcəyini görəcəyik. Məncə, bizi həyəcanlı 4 yarış gözləyir.

Təəssüf ki, Lyuis bu il bəzi problemlər yaşadı. Buna görə də, işlər onun üçün bir az qarışıq idi. Bir dəfə geridönüş edə bildi, amma indi bir az çətin olsa da, mümkünsüz deyil. İki sürücünün də istedadına heç bir söz deyə bilmərik”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 113
Teqlər , , , ,
Paylaş

logo