23 Oktyabr 2017, Bazar ertəsi - 02:48

P.Verlyayn Formula E ilə maraqlanmır…

P.Verlyayn Formula E ilə maraqlanmır…

Müəllif: Elçin Zodorov, redaktor

19:04 - 04 Avqust, 2017

Biz Paskal Verlyaynın çətin vəziyyətdə olması barədə dəfələrlə məlumat vermişik. Alman sürücünün Sauber-lə gələn il üçün müqaviləsi yoxdur və komandalardan birində yer tapmaq onun üçün problem olacaq.

F-1.az xəbər verir ki, onun DTM-ə qayıdacağı barədə də şayiələr gəzir. Lakin bu, çox da real görünmür. Çünki Paskal Mercedes-in yetirməsidir və almanlar gələn il artıq həmin seriyanı tərk edərək Formula E seriyasına keçəcəklər. Lakin Verlyayn elektromobillərlə maraqlanmadığını bildirib…

Paskal Verlyayn: “Mən motorların səsini, sürəti və benzini sevirəm. Mən özümü Formula E-də heç təsəvvür belə edə bilmirəm”.

Yeri gəlmişkən, Toto Volff bildirib ki, Paskalın Formula1-də gələcəyi barədə neqativ düşünmək üçün hələ çox tezdir: “Pilotlar bazarında bir çox dəyişikliklər olacaq. Növbəti iki həftə ərzində maraqlı hadisələr baş verə bilər”.

Qeyd edək ki, Sauber komandasının gələn mövsümdə də Ferrari motorları ilə çıxış etməyə qərar verməsi alman sürücünün işini xeyli çətinləşdirib. Çünki Ferrari-nin iki yetirməsinin – Şarl Lekler və Antonio Covinatsinin adı komanda ilə yanaşı çəkilir.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 3. 073
Teqlər , , , , , ,
Paylaş

logo