P.Verlyayn Force İndia-ya keçəcək?

F-1.az xəbər verir ki, onun Niko Hülkenberqin yerini tutacağı bildirilir.

Keçən il DTM seriyasında çempion olan və bu mövsüm Manor komandasında Formula1-də debüt edən Paskal Verlyayn Mercedes-in yetirməsidir. Onun 2018-ci ildən tez Mercedes AMG bolidi ilə yarışacağı inandırıcı görünmür, amma Mercedes-in onu daha yaxşı komandada yarışdırmaq istədiyi bildirilir. Mercedes motorundan istifadə edən Williams və Force İndia onun keçmə ehtimalı olan komandalardır. Force İndia rəhbərliyi gələn il üçün də cari sürücü heyətini saxlayacağını bildirib. Amma Hülkenberqin menecerləri 2017-ci il üçün Renault və Haas komandalarından təkliflər alıblar. O, bunlardan birini qəbul edərsə, yerinə keçməyə ən real namizəd Verlyayndır.

Sürücünün özü də gələcəyi barədə hələ ki, bir qərar verilmədiyini bildirir: “Mercedes-lə danışıqlar aparacayıq. Qarşımda bəzi variantlar var. Birlikdə qərar verəcəyik”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*