20 Oktyabr 2017, Cümə - 09:04

P.Verlyayn: “Censon səhv etdi”

P.Verlyayn: “Censon səhv etdi”

Müəllif: Rauf Hacıyev, redaktor

08:08 - 31 May, 2017

Sauber komandasının sürücüsü Paskal Verlyayn Monakoda insident yaşadığı təcrübəli Censon Battonu sərt tənqid edib.

F-1.az xatırladır ki, britaniyalı sürücü tunelin girişində Verlyayna hücum etmiş və nəticədə almaniyalı sürücü baryerlərə çırpılmışdı.

Paskal Verlyayn: “Orada hücum etmək üçün yer yox idi. Axmaq manevr idi. Təkərlərin asfaltla ilişməsi azalmağa başlamışdı və bolidi trasda tutmaq çətin idi. Lider sürücülər bizi keçib gedirdilər və hər şey qarışmışdı. Yenə də Censonun orada hücum etməsi doğru deyildi. Son dövrlərdə ikinci dəfə boynuma zərbə aldım”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 4. 977
Teqlər , , , ,
Paylaş

logo