P.Simonds: “Stroll gələn il çox səhv edəcək”

Williams komandasının texniki direktoru Pət Simonds bildirib ki, Ləns Stroll gələn il debütant səhvləri edə bilər.

F-1.az xatırladır ki, Stroll gələn ildən etibarən Williams komandası ilə debüt edəcək və Bottasın komanda yoldaşı olacaq.

Gənc sürücü 2016-cı il mövsümündə Avropa F3 çempionatında hegemonluq edərək çempion olub və hazırda Formula1 bolidlərinə öyrəşmək üçün 2014-cü ilin bolidi ilə testlər aparır.

Pət Simonds: “Əlbəttə, səhvlər edəcək və biz bolidi təmir edəcəyik. Bunlar təbiidir. Əgər Formula3-ə baxsanız, 2015-ci ildə çoxlu qəzalar etdi. Montsa təəccüblü olanlardan biri idi”

Stroll 2016-cı ildə Formula3-də 14 yarış qazanıb. Simonds təcrübəsi az olmasına baxmayaraq, Strollun təcrübəsinə güvənir: “Əgər digərlərindən istedadlı və güclü olmasaydı, onda yarış qazana bilməzdi. O gəncdir və istənilən şəraitdə yaxşı sürür. Yaxşı yarışdı və önə keçdi. Əsl mübarizə şəraitindən gəlir və yağışda yaxşı sürür. Doğru adamla müqavilə bağlamışıq”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*