P.Simonds: “Ferrari özünü məhv elədi”

Williams komandasının texniki direktoru Pət Simonds bildirib ki, Ferrari Avstraliyadakı təkər strategiyası ilə özünü məhv edib...

F-1.az xatırladır ki, Fernando Alonso yarışın 18-ci dövrəsində qəza etdi və qırmızı bayraqlar çıxdı. Qırmızı bayraqlardan sonra Mercedes AMG komandası yarışa Medium təkərlərlə davam etdi, amma yarışda birinci yerdə olan Sebastyan Fettel isə super yumşaq təkərləri seçdi. Mercedes AMG komandasının sürücüləri daha sonra pitə gəlmədilər və yarışı dubl edərək, bitirdilər, amma Sebastyan Fettel növbəti dəfə pitə gəlməli oldu və yarışı 3-cü yerdə bitirdi.

Pət Simonds: “Ferrari özünü məhv elədi. Nə etmək istədiklərini doğrudan da bilmirəm.

Biz başqa şey planlaşdırmışdıq. Biz yarışdan əvvəl demişdik ki, bir pit-stop edəcəyik. Bütün yarışboyu tək pit-stoplu strategiya düşündük, ona görə də sərt təkərlərdən çox istifadə etdik”.

Amma Simonds əlavə edib ki, Ferrari komandası Mercedes AMG-ni məğlub etmək istəyir. Ona görə də fərqli strategiyalar yoxlayır: “Strategiya brifinqində dedim ki, Ferrari fərqli taktika seçməlidir.

Əgər Ferrari komandası Mercedes AMG ilə eyni taktikanı fikirləşsəydi, onları məğlub edə bilməzdilər. Mercedes AMG nə edirsə, Ferrari onun əksini etməli idi.

Mercedes AMG çox güclüdür, ona görə də Ferrari-nin qazanmaq şansı ola bilərdimi, onu bilmirəm. Mercedes AMG startda geri düşməsinə baxmayaraq, rəqiblərinə çatdı. Bu da onların çox güclü olduğunu göstərir”.

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*