15 Dekabr 2018, Şənbə - 04:36

P.Qasli: “Zarafat etdim”

P.Qasli: “Zarafat etdim”

Müəllif: Rauf Hacıyev, redaktor

09:07 - 13 Aprel, 2018

Toro Rosso komandasının sürücüsü Pyer Qasli bildirib ki, Bəhreyn yarışından sonra Fernando Alonsoya söz atmayıb.

F-1.az xatırladır ki, fransalı sürücü Bəhreyndə 4-cü yeri tutduqdan sonra radiodan komandasına “artıq mübarizə apara bilərik” demişdi. Qeyd edək ki, eyni sözləri Alonso Avstraliya yarışından sonra demişdi.

Pyer Qasli: “Bu, zarafat idi. Buradan başqa məna çıxarmaq doğru detil. Mən Honda-ya lazımi mesajı vermək istədim, çünki çox işləyirlər və qarşılığını aldığmız üçün sevincliyəm. McLaren-lə keçən çətin illərdən sonra bu nəticəyə ehtiyacları var idi. Mövsümün ikinci yarışında 4-cü olmaq möhtəşəm idi. Radiodakı mesajımdan sonra çox adam mənə sərt reaksiya göstərdi. Fernandoya hörmət edirəm və Formula1 tarixinin vacib sürücülərindəndir. Mənim də idealımdır”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 153
Teqlər , ,
Paylaş

logo