20 Oktyabr 2017, Cümə - 08:56

P.Qasli: “Təzyiq hiss etmədim”

P.Qasli: “Təzyiq hiss etmədim”

Müəllif: Rauf Hacıyev, redaktor

20:10 - 30 Sentyabr, 2017

Toro Rosso komandasının sürücüsü Pyer Qasli bildirib ki, karyerası boyu Red Bull-da yarışmağın gətirdiyi təzyiqə görə ilk sıralanma turunda yaxşı çıxış edib.

F-1.az xatırladır ki, Malayziyada karyerasının ilk Qran Prisinə çıxan fransalı sürücü sıralanma turunda komanda yoldaşı Karlos Saynsdan cəmi 0.150 saniyə geridə qalaraq, 15-ci olub.

Pyer Qasli: “Bolidə keçdikdən sonra çox təzyiqə məruz qalmadığım üçün təəccübləndim. Doğrudan da özümü yaxşı hiss etdim, çünki uşaqlıqdan bəri xəyal etdiyim yerdəyəm. Pit yoluna çıxdıqdan sonra buraya öyrəşməli və rəqabətədavamlı olmalı idim. Red Bull-un proqramına daxil olduqdan sonra həmişə ağır təzyiq altındayam və bunun mənə həmişə köməyi oldu.

Sıralanma turunun ikinci hissəsində boliddən hər şeyi ala bilmədim. Hamı dövrə vururdu və ilk sektorda təkərləri ideal temperatura gətirə bilmədim. Beşinci döngəyə qədər 0.250 saniyə vaxt itirdim və son sektorda bunu bir az kompensə etsəm də, 10-cu ola bildim.

Yarışda onluğa düşmək üçün tempimiz bir az çatmır. Karlosla həftəsonu ərzində danışdıq və çətin görünür. Təkərlərin yeyilməsinə nəzarət etmək və doğru zamanda yanacağa qənaət etmək vacib olacaq. Öyrənəcəyim çox şey var”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 3. 133
Teqlər , , ,
Paylaş

logo