P.Qasli tələsmir

Toro Rosso komandasının sürücüsü Pyer Qasli bildirib ki, Red Bull komandasına keçmək üçün tələsmir.

F-1.az xatırladır ki, fransalı sürücü keçən ilin Yaponiya yarışında Daniil Kvyatı əvəzləyərək, Toro Rosso komandası ilə idmanda debüt etmişdi.

Pyer Qasli: “Hazırda Red Bull-a keçmək barədə düşünmürəm. Onsuz da boş yer olsa, məndən daha təcrübəli olan Karlos Saynsı seçəcəklər. Mən hazırda yaxşı nəticələr alaraq özümü isbat etməliyəm. Hazırda Toro Rosso ilə yarışıram və əgər stabil çıxış edə bilsəm, hər şey mənim üçün daha asan olacaq. Ümid edirəm ki, komandama fayda verə bilərəm”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*