13 Dekabr 2017, Çərşənbə - 12:57

P.Qasli Super Formulada çıxış edəcək

P.Qasli Super Formulada çıxış edəcək

Müəllif: Rauf Hacıyev, redaktor

14:14 - 19 Yanvar, 2017

GP2-də 2016-cı il mövsümünün qalibi Pyer Qasli bu ildən etibarən Super Formula-da mübarizə aparacaq.

F-1.az xatırladır ki, GP2-nin son yarışında Antonio Covinatsini qabaqlayaraq Çempion olan Qaslinin adı Toro Rosso komandası ilə hallansa da, italyanlar Daniil Kvyatla müqaviləni daha bir il uzatmışdılar.

Pyer Qasli: “Bu mənim üçün yeni bir macəra olacaq. Bu cür şeyləri sevirəm. Yaponiyada yarışmaq gözəl olacaq. 2015-ci ildə Red Bull ilə Suzukada olmuşdum. Asan olmayacaq, amma buna hazıram.

Super Formula avtomobilləri ilə bağlı təcrübəm yoxdur. Yaponiya mədəniyyətini bir az tanıyıram. Buna görə də öyrəşmə müddətini tez tamamlaya bilərəm.

Sözün açığı, keçən il Stoffelin etdiklərini təkrarlamağa çalışacam. O mənim üçün yaxşı nümunədir. Bundan başqa 2017-ci ildə Maks və Rikkardo ilə işləmək mənə çox şey qazandıracaq.

Xüsusən də, yeni qaydaların gəldiyi dövrdə komandaya yaxın olmaq mənə çox şey qazandıracaq. Yeni şeylər öyrənməyə çalışacam”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 1. 938
Teqlər , , , , ,
Paylaş

logo