16 Dekabr 2017, Şənbə - 15:11

P.Qasli: “Gələn ilə hazıram”

P.Qasli: “Gələn ilə hazıram”

Müəllif: Rauf Hacıyev, redaktor

20:10 - 28 Noyabr, 2017

Toro Rosso komandasının sürücüsü Pyer Qasli Əbu Dabidə səhv etdiyi üçün peşmandır.

F-1.az xatırladır ki, Toro Rosso komandası mövsümün son yarışına ən yaxın izləyicisi Renault-dan 4 xal öndə başlasa da, Hülkenberqin yarışda 6-cı olaraq komandasına 8 xal qazandırması ilə 7-ci yerə geriləyib və buna görə də 6.5 milyon dollara qədər pul itirib.

Pyer Qasli: “Çempionatda 6-cı ola bilmədiyimiz məyusam. Hədəfimiz bu idi. Bilirdik çətin olacaq və itirdik. Yarışda əlimizdən gələni etdik və istədiyimiz alınmadı. Səhv etdim və çox vaxt itirdim. Mövsümü belə bitirmək məyusedicidir. Hədəflərimizə çatmadığımız üçün məyusam. Son yarışlarda çox təcrübə qazandım. Bu, mənə gələn il kömək edəcək”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 31
Teqlər , , ,
Paylaş

logo