14 Dekabr 2017, Cümə axşamı - 14:07

P.Qasli çətin günlər keçirib

P.Qasli çətin günlər keçirib

Müəllif: Rauf Hacıyev, redaktor

19:11 - 02 Aprel, 2017

GP2 seriyası üzrə sonuncu Dünya Çempionu Pyer Qasli bildirib ki, İtaliyada Toro Rosso komandasında Daniil Kvyatı əvəz edəcəyi ilə bağlı çıxan xəbərlər ona çətin günlər yaşadıb.

F-1.az xatırladır ki, Qaslinin keçən il adı bir neçə dəfə Toro Rosso ilə hallansa da, italyanlar sonda Kvyatla müqaviləni daha bir il uzatmışdılar.

Pyer Qasli: “Heç vaxt Daniili əvəzləyəcəyimi deməmişdim. Red Bull komandasında buna Helmut Marko qərar verir. Vaxtı gələndə Formula1-də çıxış edəcəyimə əminəm. Buna görə də özümü hazır tutmağa və işləməyə davam edirəm. Mənim hələ 21 yaşım var. Stoffel idmana 25 yaşında daxil oldu. Bu da onu göstərir ki, mənim hələ vaxtım var. Bundan əvvəl aşağı seriyalarda özümü göstərə bilmişəm və indi Super Formula-da yarışıram. Mənim üçün gözəl təcrübədir və sonrakı fürsətlərdən maksimum istifadə etmək istəyirəm”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 2. 795
Teqlər , ,
Paylaş

logo