20 Oktyabr 2017, Cümə - 05:28

P.Qasli: “Belim ağrıdı”

P.Qasli: “Belim ağrıdı”

Müəllif: Rauf Hacıyev, redaktor

21:14 - 02 Oktyabr, 2017

Toro Rosso komandasının sürücüsü Pyer Qasli bildirib ki, boliddəki oturacağa görə belində ağrılar əmələ gəlib.

F-1.az xatırladır ki, Formula1 karyerasında ilk yarışına çıxan fransalı sürücü gözəl performansla 14-cü yeri tutub.

Pyer Qasli: “Boliddəki oturacaq məni yaxşı dəstəkləmədi. Boliddə özümü rahat hiss etmədim. İlk dövrədən etibarən oturacaq çox sürətlə oynayırdı. Çox hərəkət edirdim. Bu belim üçün yaxşı olmadı. Çox ağrıdım və buna görə də indidən plan qurmağa başlamışıq. Suzukada yeni oturacağım olacaq.

Yarış yaxşı idi. Təcrübə qazanaraq, tamamlamaq önəmli idi. Mavi bayraqlar və təkərə nəzarət etməkdə özümü təkmilləşdirə bilərəm. Deyəsən, pitə bir az tez gəldik. Təbii ki, yarış sürücüsü olaraq həmişə son həddə sürmək istəyərsiniz. Pitdən çıxanda rəqiblərin önündə olmaq üçün əlimdən gələni etdim, amma bunun cəzasını sonradan çəkdim”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 3. 040
Teqlər , , ,
Paylaş

logo