P.Qasli ABŞ-da yarışmayacaq?

Britaniya mətbuatı xəbər verir ki, Pyer Qasli ABŞ Qran Prisi günlərində Suzukada Super Formula yarışında iştitak edəcək.

F-1.az xatırladır ki, fransalı sürücü Malayziya yarışından etibarən Toro Rosso komandasında Danill Kvyatı əvəz etmişdi.

Amma Red Bull şirkətinin idman məsləhətçisi Helmut Marko gənc sürücünün ABŞ-da yarışmasının müəmmalı olduğunu demişdi. Honda rəhbərliyi isə bildirib ki, əsas olan Qaslinin ABŞ-da yarışmasıdır, amma ehtiyat sürücü tapsalar, fransalı sürücünün Mugen Honda ilə yarışmasına razı olacaqlar. Toro Rosso komandasının rəhbəri Frants Tost isə Ostində Kvyatla birgə başqa sürücünü test etmək istəyir.

Pyer Qasli Super Formuladakı mövsümün sonuncu yarışından sonra Meksika, Braziliya və Əbu Dabi yarışlarında Formula1-ə qayıdacaq. Toro Rosso Ostində Qaslinin yerinə kimi yarışdıracağına qərar verməyib.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*